Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 59 961 nəfər yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 2 287 475 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 311 nəfər ölüb, ölənlərin ümumi sayı 84 082 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək 1 570 237 nəfər koronavirusdan sağalıb.