İraqın paytaxtı Bağdadın cənubunda yerləşən hərbi baza raket hücumuna məruz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı strukturları xəbər verib.

Məlumata görə, Bismaya bazasının ərazisində dörd reaktiv mərmi partlayıb. Hücum nəticəsində ölən olmaylb, lakin ciddi maddi ziyan vurulub.

Koalisiya güclərinin general-mayoru Kennet Erkmanın sözlərinə görə, iyulun 25-də Bismaya bazasına nəzarət İraqın silahlı qüvvələrinə verilməli idi. Daha əvvəl bu bazada ispan hərbçiləri iraqlı ıskırlırin hazırlıqlarını həyata keçirirdilər.

Bildirilir ki, son aylarda xarici hərbçilərin yerləşdikləri İraq bazaları və ABŞ-ın Bağdaddaklı səfirliyi daha intensiv raket hücumlarına məruz qalırlar.