Millət vəkili İqbal Məmmədov Lerik rayonun Çayrud kəndində seçiciləri ilə görüşüb.
Unikal.org xəbər verir ki, millət vəkili Böyük vətən müharibəsi və Qarabağ döyüşləri zamanı şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər kompleksin tikinti lahiyəsi ilə də tanış olub. Bundan əlavə İqbal Məmmədov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidovla rayonun Çayrud kəndində buğda biçimində də iştirak edib. Millət vəkili bir sıra fermerlərlə görüşüb, onların suallarını dinləyib, eləcə də lazımı tövsiyə və təkliflərini bildirib.
Dürrə Həsənova