Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxub.

Unikal.org RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko özü bildirib.

Aleksandr Lukaşenko DİN-in daxili qoşunlarının hərbi hissəsində çıxışı zamanı deyib ki, xəstəliyi simtompsuz keçirir: “Bu gün koronavirusu ayaq üstə keçirməyi bacaran bir adamla görüşürsünüz. Belə nəticəyə dünən həkimlər gəldilər. Əvvəl də demişdim, bizdə əhalinin 97 faizi bu virusu simtompsuz keçirir. Allaha şükür, mən də simtompsuzlar sırasındayam”.