Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqlayıb, qardaşı oğluna isə xəsarət yetirib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib.  Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib.

Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

N.Şirinov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.