Bakıda mənzildə oğurluq hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə avqustun 1-i günorta saatlarında paytaxtın Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, naməlum şəxs evə açıq qapıdan keçməklə içərisində 40 manat, 50 avro, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan 2 ədəd əl çantasını oğurlayıb.
Faktla bağlı başlanılan cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələriylə (177, 234, 231, 185) məhkum olunmuş və CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Günay Abdullayeva saxlanılıb.
Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.