Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.
1964 cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.