Masallı rayonunun Sığıncaq kənd sakini Ş.Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5600 manat olan 2 ədəd televizorun, 1 ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.