Finlandiya hökuməti bir sıra ölkələrə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib və avqustun 10-dan etibarən qüvvəyə minəcək.
Qərara əsasən, Finlandiyadan Niderlanda, Belçikaya və Andorraya gediş-gəliş zamanı sərhəd nəzarəti bərpa olunur.
Finlandiya hökuməti iki həftədən-bir turizm üçün tövsiyə edilən ölkələrin siyahısını nəzərdən keçirir.