Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.

Unikal.org xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, o, binada 5 nəfəri girov saxlayır. Silahlı şəxs girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irəli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.