Livanın paytaxtı Beyrutda ammonium selitrası ilə dolu anbarın partlaması nəticəsində 135 nəfər ölüb, 5000 nəfər yaralanıb. Beyrutdakı dağıntı nəticəsində 300 minə yaxın evə ziyan dəyib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt şəhər sakini Hoda Melki dünyanı silkələyən böyük partlayışdan bir gün sonra anasının dağıdılmış evində fortepianoda çaldığı anları bölüşüb.  

Melkinin paylaşdığı videoda anasının partlayış nəticəsində dağılmış evdə pianino çalması anları sosial mediada gündəm yaradıb. 

Videoda Melkinin anası Robert Burns tərəfindən 1788-ci ildə yazılmış Şotlandiya şeiri "Auld Land Syne" ifası səslənir.