ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk vəzifəsindən istefa verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Mayk Pompeo məlumat verib.
Mayk Pompeo bildirib ki, Brayan Huk İran üzrə nümayəndəlikdən və departamentin baş müşavirliyindən istefa verib: “Huk mənim üçün etibarlı bir müşavir və yaxşı dostdur. Xidmətləri üçün ona təşəkkür edirəm”.