ABŞ azı dörd kəşfiyyatçı pilotsuz uçuş aparatının (PUA) satışı ilə bağlı Tayvanla danışıqlar aparır.
Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “SeaGuardian” tipli dörd PUA-nın satışını nəzərdə tutan razılaşmanın dəyəri 600 milyon dollardır. Mümkün razılaşmanın ümumilikdə Dövlət Departamenti tərəfindən təsdiqləndiyi, ancaq ABŞ Konqresindən də razılıq alınmalı olduğu qeyd edilir.
Bu razılaşmanın Tramp administrasiyası tərəfindən raket texnologiyasına nəzarət rejiminə yenidən baxılmaqla hərbi PUA-ların xarici ölkələrə ixracına qoyulan məhdudiyyətlərin rəsmi şəkildə yüngülləşdirilməsindən sonra ilk müqavilə olduğu bildirilir.