Sakit okeanda 5,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çilinin Anqa-Roa şəhərindən 567 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.