Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4546-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 245 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 186,3 mindən çox xəstə sağalıb.