Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 538 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə bu gün Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hindistanda indiyədək COVID-19-a yoluxanların sayı 2 027 074 nəfərə çatıb.
Son 24 saat ərzində koronavirusdan 886 nəfər vəfat edib. Hindistanda virusdan ölənlərin sayı 41 585 nəfərdir.