ABŞ Prezidenti Donald Tramp “TikTok” təhdidi ilə mübarizə haqqında” fərman imzalayıb.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri “WeChat” mobil tətbiqi ilə bağlı da oxşar sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid edir.