Nepal hökuməti payız mövsümündə Everestə ekspedisiyaları açıq elan etmək qərarına gəlib. 

Unikal.org xəbər verir ki, bu barədə “Travel + Leisure” nəşri məlumat yayıb.

“Dünyanın ən hündür zirvəsi Everest bu payızda turistlər üçün yenə də açıq olacaq”, - deyə məlumatda bildirilir.  

Krallıqda Himalay dağlarına da çıxmaq üçün icazələrin verilməsinə başlanılıb.

Qeyd edilir ki, turistlərin və alpinistlərin əksəriyyəti Nepala payızda gəlir. Buna görə, icazələri verməklə, ölkə pandemiya zamanı çökən iqtisadiyyatı qaldırmağa ümid edir.