İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 156 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 18 132 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 450 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 322 567 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 279 724 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 4 136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.