Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib.
Onun sözlərinə görə, ölən ermənilərin sayı 13 nəfərə çatıb. Partlayışda 250 erməni xəsarət alıb.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 149 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.