Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.
“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.
“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.
Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.
Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.
***20:35
Hindistanda sərnişin təyyarəsi eniş zamanı qəzaya uğrayıb.
Unikal.org xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib.
Qeyd edək ki, “Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb. Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var.
Qəzanın səbəbləri məlum deyil.