ABŞ prezidenti Donald Tramp rəqibi Co Baydeni “Allaha inanmamaqda” günahlandırıb.
Unikal.org xəbər verir ki, Seçkinin əsas ştatlarından biri kimi görülən Ohayodaki mitinqində danışan Tramp, Baydenin "radikal sol gündəmi izlədiyini" iddia edib:
"Silahlarınızı almaq, ikinci tənzimləməni (fərdi silahlanmanı tənzimləyən qanun) məhv etmək istəyir. Din, ümumiyyətlə heç bir şey yoxdur. İncili incidir, Tanrıya zərər verir. Allaha qarşıdır”.
Qeyd edək ki, həyatındakı faciələrlə mübarizə aparmaq üçün tez-tez dinə işarə edən Bayden bu açıqlamaların "utanc verici" olduğunu bildirib.