Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb.
Unikal.org istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Tərəflər Belarusda saxlanılan rusiyalılarla bağlı vəziyyəti müzakirə ediblər. Onlar rusiyalıların Belarusda saxlanması ilə bağlı vəziyyətin “qarşılıqlı anlaşma ruhunda” nizama salınacağına əmin olduqlarını bildiriblər.
Putin və Lukaşenko qardaş Rusiya-Belarus münasibətlərinin gələcək inkişafı ilə bağlı aktual məsələləri də müzakirə ediblər.