Rusiyanın Krasnodar diyarında şərablı dondurma kolleksiyası istehsal edilib.

Unikal.org xəbər verir ki, dondurmalarda spirtin həcmi 3 faizə bərabərdir.

Məhsul Rusiyanın “Kuban-Vino” və İtaliyanın “Gelati” şirkəti ilə birgə buraxılıb.

Bu cür dondurmalar hələlik yalnız Krasnodar şəhərində satılır. Məhsulu yetkinlik yaşına çatmış şəxslər ala bilərlər.