Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Unikal.org xəbər verir ki, paytaxtda hərbi bazanın yaxınlığında avtomobil partladılıb. Hadisə nəticəsində ən azı 8 əsgər ölüb, 14 nəfər yaralanıb. Məlumata görə, “12 aprel” hərbi briqadasının bazası əsas hədəf kimi seçilib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Ölənlərin sayının artması ehtimal olunur.

Qeyd edək ki, Somalidəki “Əl-Şabab” terror qruplaşması tez-tez Moqadişodakı hərbi bazaları hədəf alır.