Venesuela hakimiyyətini devirmək cəhdə görə 2 amerikalı hərbçi 20 il müddətinə azadlıqdan məhrum edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onlar Venesuela ərazisinə daxil olarkən yaxalanıblar. Amerikalı hərbçilərin üzərindəki hərbi sənədlər də ələ keçirilib.
Venesuelanın baş prokuroru 34 yaşlı Luka Denman və 41 yaşlı Airan Berrinin ABŞ-da özəl hərbi firmasının işçiləri olduğunu açıqlayıb.
Saxlanılan şəxslər sui-qəsd, silah alveri və terrorizm-də ittiham olunublar və cinayətlərini etiraf ediblər.
Venesuela tərəfinin məlumatına görə, ABŞ-ın keçmiş hərbi zabitləri olan Denman və Berr, Venesuelaya Kolumbiya ərazisindəki gəmilərlə girməyə cəhd edən zaman bir qrup döyüşçü ilə birlikdə tutulublar.
Onların planının prezident Maduronun oğurlanması, Karakasdakı bir hava limanına nəzarəti ələ keçirməsi və Venesuela liderinin ABŞ-a qaçırılması olub.