Livan İnformasiya və Kommunikasiya naziri Menal Abdussamed xalqdan üzr istəyərək, istefa verdiyini açıqlayıb
Unikal.org xəbər verir ki, bu barədə televiziya çıxışında " Livanlılardan üzr istəyirəm. Qısa müddətdə heç bir dəyişiklik olmayacaq. Beyrut Limanında baş verən fəlakət hər kəsi üzüb. Hökumətdəki vəzifəmdən istefa edirəm"- deyə nazir Menal Abdussamed bildirib.
Qeyd edək ki, avqustun 4-də Beyrut Limanında 158 nəfərin ölümü və 6 mindən çox insanın yaralanması ilə nəticələnən hadisədən sonra ölkədə gərginlik susmaq bilmir.