Bu gün ABŞ-ın Şimali Karolina ştatında 5.1 maqnitudalı zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı 1,7 min insanın yaşadığı Sparta qəsəbəsindən 3 km cənub-şərqdə, 9,2 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.