Qətər Livana 50 milyon dollar məbləğində yardım ayıracaq.
Unikal.org xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Əs-Sani deyib.
“Biz Livana 50 milyon dollarlıq yardım göstərməyə borcluyuq. Bir neçə gün ərzində Beyrutun bərpa olunması ilə bağlı əlavə yardım təkliflərimizi də elan edəcəyik”, - Qətər əmiri bildirib.
Qeyd edək ki, Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb, 40-dan çox şəxs itkindir