Livan ordusu əlavə qüvvələrin gəlişindən sonra etirazçıları hökumət binasından çıxarmağa başlayıb.

Unikal.org xəbər verir ki, Beyrut Suks səmtində toplaşan etirazçılar parlamentə gedən küçəyə gələrək ordu nümayəndələrinə və polislərə daş və partlayıcı vasitələr atmağa başlayıblar.

Bundan sonra polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib. Etirazçı kütlə yalnız ordunun gəlişindən sonra meydandan geri çəkilməyə başlayıb.

***21:16

Etirazçı kütlə Əmək və Qaçqınlarla iş üzrə nazirliklərin binasına daxil olub.

Unikal.org xəbər  verir ki, bu barədə Livan Milli Agentliyi məlumat yayıb.

***20:47

Bu gün Livan paytaxtında aksiyaçılarla güc strukturlarının əməkdaşları arasında yenidən toqquşmalar başlayıb.

Unikal.org xəbər verir ki,  toqquşmalar Beyrutda parlament binası yerləşən rayonda müşahidə olunur.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.