Belarus Ali Məhkəməsi Rəşad Gəncinskini 8 il tez azadlığa buraxmaq qərarı verdi.

Unikal.org xəbər verir ki, Belarus Ali Məhkəməsi 42 yaşlı azərbaycanlı “qanuni oğru” Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılovun hökmdən verdiyi şikayətə baxıb.

R.İsmayılova yeni cəza təyin edilərkən məhkəmə onun çəkdiyi cəzanı yetərli hesab edib və “qanuni oğru”nu həbsdən 8 il 3 ay əvvəl azadlıqa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Rəşad Gəncinski 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı.