Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyilə inkişaf etdirilən ilk milli, rezin təkərli elektrik mühərrikli ekskavatoru sınaqdan keçirib.
Unikal.org xəbər verir ki, Kocaeli vilayətinin Gebze qəsəbəsindəki TÜBİTAK mərkəzinin açılışı Ərdoğanın iştirakı ilə gerçəkləşib.
O bildirib ki, Türkiyə istehsalat sahəsindəki dinamik inkişafını bundan sonra da davam etdirəcək.