Parisin daha çox canlanma müşahidə olunduğu bölgələrində tibbi maskadan istifadə gələn həftədən etibarən Fransada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar məcburi olacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin polis prefekturasından bildirilib.

Eyni tədbirlər paytaxt regionunun dörd departamentində də – İl-de-Frans – Sen-Sen-Deni, O-de-Sen, Val-de-Marn və Val-d’Uazda həyata keçiriləcək. “Hər şey virusun regionda yenidən fəal şəkildə dolaşdığını göstərir”, – deyə yerli hakimiyyət vurğulayır.