Yeni Zelandiyada son 100 gün ərzində koronavirusa yoluxma halına rast gəlinməyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiya pandemiya dövründə ən güvənilən ölkələr sırasında yer alır. Lakin Səhiyyə Nazirliyi xəstəliyin yenidən yarana bilmə ehtimalına hər zaman hazır olduqlarını bildirib.
Qeyd edək ki, Yeni Zelandiyada bu günə qədər 569 nəfər koronavirusa yoluxub, 22 nəfər isə dünyasını dəyişib.