Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 25 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 068 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 010 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.