İspaniyada bazar günü ölkənin idarə edilməsinin monarxiya formasına qarşı və respublikaya keçid lehinə aksiyalar başlayıb.

Unikal.org xəbər verir ki, İspaniyada kral ailəsinə qarşı etirazlar korrupsiya ittihamı ilə barəsində istintaq başlayan sabiq kral Xuan Karlos ölkəni tərk etdikdən sonra baş qaldırıb. 

O, İspaniyadan getmək qərarını isə ölkənin hazırkı monarxı olan oğlu Filipin durumunu ağırlaşdırmaq istəməməyi ilə izah edib. 

Qeyd edək ki, Xuan Karlosun ölkənin tərk etmək qərarı birmənalı qarşılanmayıb. Belə ki, sabiq kralı İspaniyadan getdikdən sonra monarxiya rejiminin məqsəduyğunluğu şübhə altına alınıb.