Belarus Respublikasının fəaliyyətdə olan Prezidenti Aleksandr Lukaşenko seçkilərdə 80,23% səs toplayıb. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina məlumat verib. 

Onun sözlərinə əsasən, digər namizədlər - Svetlana Tixanovskaya 9,90%, Anna Kanopatskaya 1,68%, Sergey Çereçen 1,13%, Andrey Dmitriyev 1,04% səs toplaya bilib. 6,02% seçici isə bütün namizədlərin əleyhinə səs verib.