Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı  kəndi sakini  Bünyad  Zayıdov   yaşadığı  evin həyətyanı  sahəsində  kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxış zamanı Bünyad Zayıdov tərəfindən əkilən 46 ədəd  narkotik  xassəli  bitki  sayılan  çətənə  kolu  aşkar  edilərək   götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.