Türkiyənin Qaziantep vilayətində yeniyetmə qız binanın dördüncü mərtəbəsindən yerə düşüb.
Unikal.org haberler.com-a istinadən məlumat verir ki, 17 yaşlı Duyğu D. sevgilisi Mehmet.K. ilə yaşadığı binaya girdikdən sonra müəmmalı şəkildə pəncərədən yıxılıb. Hadisə anı müşahidə kameralarına anbaan əks olunub.
Qəza yerinə polis və tibb işçiləri cəlb edilib. Onlar qızın öldüyünü bildiriblər.
Yeniyetmənin cəsədi ekspertiza üçün morqa göndərilib. Mehmet.M isə nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.