Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb.

Unikal.org xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: “Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.