Sosial şəbəkələrdə mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan məlumatlara Bakı şəhər BPİ-dən cavab veriib.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, yayılan xəbərlər əsassızdır və hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.