Minskdə belaruslar azyaşlı uşaqları ilə bərabər kütləvi etiraz aksiyalarına gəlməkdə davam edirlər.
Unikal.org “RİA Novosti” xəbər verir ki,Puşkinskaya” metrostansiyasının yaxınlığında müxalifətin çıxışlarında həlak olmuş gənc insanın xatirəsinə kütləvi aksiya keçirilir, onlarla, bəlkə də yüzlərlə valideyn azyaşlı uşaqları ilə birlikdə gəlib.
Aksiya iştirakçıları həmrəyliyini ifadə edən maşınların uğultusuna baxmayaraq, körpələr yatır, uşaqlar hava şarları ilə oynayır. Həmçinin hamilə qadınlar da həmin əraziyə gəlirlər.