Abşeronda bıçaqlanma və döyülmə hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1999-cu il təvəllüdlü Hüseynov Həsən Murtuz oğlu və onun həyat yoldaşı 2002-ci il təvəllüdlü İsmayılova Zöhrə Etibar qızı tanıdıqları şəxslər tərəfindən əvvəlcə döyülüblər. Daha sonra isə H.Hüseynova bıçaq zərbəsi endirilib.
Hər iki yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı Z.İsmayılovaya qarnının küt travması, H.Hüseynova isə kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.