Ölkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi
təqdim edib. Belə ki, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil
olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.
Unikal.org xəbər verir ki, effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə
üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki
tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.
İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları – ad,
soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet
hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan
bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.
Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik
olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif
vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.
“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı
yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir
elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca
önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası namizədlərlə olan müsahibələri Zoom proqramı
üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək,
məsafədən istifadəyə şərait yaradıb”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin
direktoru Fərqanə Məmmədova qeyd edib.
Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq
üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq,
karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına
daxil olub, qeydiyyatdan keçə bilərsiniz.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.