Azərbaycan sığorta bazarının ilk özəl şirkəti olan “Günay Sığorta”-nın  əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanması və baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsi məqsədilə şirkət Şəmkir şəhərində yerləşən yeni nümayəndəliyini əhalinin xidmətinə verib. Yeni nümayəndəliyin açılış mərasimində sığorta sahəsinin peşəkar kadrlarından olan region rəhbəri Amin İsgəndərov tərəfindən sığorta məhsulu əldə edən ilk müştəriyə hədiyyə təqdim olunub. Nümayəndəlik fiziki və hüquqi şəxslərə icbari, kasko, əmlak, səfər, yük və s. sığorta məhsullarının satışını və bütün növlər üzrə sığorta hadisələrinin tənzimlənməsi xidmətlərini təklif edir. 

Unikal.org xəbər verir ki, sığorta xidmətləri ilə yanaşı, nümayəndəlik eyni zamanda sığorta məhsullarının tanıdılması istiqamətində regionda maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.

Müasir tələblərə tam cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün hər bir şəraitə malik olan yeni nümayəndəlik həftə içi hər gün saat 09.00-dan 18.00-dək müvafiq olaraq Şəmkir şəhəri, 20 Yanvar küçəsi, №5D ünvanında müştərilərini gözləyir. Nümayəndəliyin sığorta hadisələri və satış şöbəsi isə 7/24 müştərilərin xidmətindədir.

Açılış mərasimindən sonra şirkətin 6 aylıq nəticələri ilə bağlı Şəmkir şəhərində iclas keçirilmişdir. İclasda maliyyə və əməliyyat göstəricilərinin müzakirəsi təşkil olunmuş, şirkətin müştəri məmnuniyyətinin artırılması istiqamətində addımlar,  ilin sonuna hədəflər və planların icra vəziyyəti ilə bağlı qərarlar qəbul edilmişdir. 

Günay Sığorta müştəri məmnuniyyətinə nail olmağı əsas tutaraq xidmət dairəsini nümayəndəliklər vasitəsi ilə genişləndirir, əsas məqsəd yalnız Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhali üçün yeni iş yerlərinin açılması və bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etməkdir. Şirkət Strateji Planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcəkdir.