Hollivud aktrisası Ancelina Coli ABŞ-dan Böyük Britaniyaya köçməyə hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə “The Mirror” nəşri xəbər verib.
Nəşrin məlumatına görə, o, Londonun cənubi-qərbində yerləşən Riçmond şəhərində daşınmaz əmlak axtarır. Burada o, 2011-ci ildə keçmiş həyat yoldaşı Bred Pittlə Böyük Britaniyadakı çəkilişləri zamanı yaşayıb.
"O, Riçmondun mədəniyyət və təhsil baxımından uşaqlar üçün mükəmməl bir yer olduğunu hesab edir", - deyə insayder şərh edib.
Xatırladaq ki, A.Coli ötən ilin noyabrında “Harper's Bazaar”a müsahibəsində ABŞ-dan köçmək istədiyini etiraf etmiş, lakin bunun övladlarının 18 yaşına çatmaması səbəbindən mümkün olmadığını bildirmişdi: “İndi isə uşaqların atası (Bred Pitt – red.) hansı ölkədədirsə, mən də orada olmaq məcburiyyətindəyəm”.