Xoşqədəm Hidayətqızı sosial şəbəkədə şəklinə rəy yazan izləyicilərini təhqir edib.
Unikal.org xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı İnstagramda həyat yoldaşı Doğuş və əkiz oğulları ilə birgə çəkdirdiyi şəklini paylaşaraq “Dünyanın ən gözəl tablosu ailə tablosudur” yazıb.
Bu, izləyicilərinin xoşuna gəlməyib. Ona daha bir oğlu olduğunu xatırladaraq, arada onun da fotolarını paylaşmalı olduğunu yazıblar. Məşhur aparıcı isə bu tənqidlərə ağır təhqirlərlə cavab verib.
Dünyanın ən gözəl tablosu mənə görə ailə tablosudur. Mutlu bir ailə tablosunun olduğu kimi qalmasında isə ən böyük fedakarlıq hər zaman olduğu kimi qadının üzərinə düşür. Mənə görə əgər münasibətlərdə yalan yoxsa bütün çətinliklər dürüstlüyün, sevginin, hüzurun sayəsində arxada qalır, unudulur və ya görünməz olur. Əsas arada yalan olmasın. Tək ailə münasibətlərində yox, iş həyatımda da əməkdaşlıq edəcəyim, birgə yola çıxacağım insanlarla görüşərkən ilk sözüm bu olur "arada yalan olmasın yetə"! Bəzən siz izləyicilərdə sual verirsiniz filankəs niyə yoxdur yanınızda " və s... Dostlar, əgər dünən gördüyünüz bu gün yanımda yoxdularsa, əmin olun yalana görə yanımda deyillər. Fərq etməz o yalan mənə və ya bir başqasına deyilib. Sənin bildiyin doğrunu sənin üzünə baxaraq başqalarına olduğu kimi çatdırmayan, yalan danışan biri sabah mənə də yalan danışacaq. Yalançı insanlar üçün müqəddəs heç nə yoxdur!!! Və çalışın bütün münasibətləriniz doğruluq üzərində qurulsun, çevrənizdə dürüst insanlar, dostlar olsun. Necə deyərlər, qalıcı dostlar istəyirsinizsə, yalanla olan dostuğunuzu bitirin! Rəbbim hər birimizin qarşısına xeyirli, imanlı insanlar çıxarsın, yuvamızdan hüzur, mutluluq əksik olmasın".