Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.