Aktrisa Dilarə Əliyevanın aparıcısı olduğu proqrama dəvət alan müğənni Elza Seyidcahan öz şerinə nəzirə ilə üzbəüz qalıb. Sosial şəbəkələrdə paylaşılan həmin görüntülər izləyicilərin tənqidinə səbəb olub.
Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən Əməkdar artist Elza Seyidcahan Dilarə Əliyevanın bu addımını onu çox istəməsi ilə əlaqələndirib.
“Dilarə çox istədiyindən mənə nəzirə yazıb. O, mənim sənət dostumdan da əlavə, bacımdır. Bildiyiniz kimi seçkilər ərəfəsində səhhətimlə bağlı problem olmuşdu, əllərim keyimişdi, qıc olmuşdu, su belə içə bilmirdim. Həmin ərəfədə hamıdan əvvəl xəstəxanaya yanıma Dilarə gəlib. O, həm maddi həm mənəvi qayğıma qalıb, bunu heç vaxt unutmaram. Bu məsələnin izləyicilər tərəfindən birmənalı qarşılanmamasına gəlincə, bütün oxucuların fikirlərinə hörmətlə yanaşıram. Amma izləyicilər anlamalıdır ki, yaradıcılıq tənqid oluna bilər, təhqir yox. Bunu anlamayan savadsızdır. Dilarə xanım aktrisadır, aktrisanın cavabı da satirik olmalı idi”.
Son zamanlar karantin rejimi ilə bağlı toyların olmaması barədə isə müğənni belə deyib:
“Şou biznesdə də çox aktualam, çünki mənim ailəmin, doğmalarımın və bütün nəslimin ehtiyacları var. Özümə görə yox, doğmalarıma görə qızıldan qiymətli vaxtımı xərcləyirəm. Arzu edirəm ki, toy-büsatlı günlər başlasın”
Dürrə Həsənova