Böyük Britaniyanın dövlət borcu ilk dəfə olaraq 2 trln funt sterlinqi ($2,62 trln) keçib.
Unikal.org xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Milli Statistika xidməti (ONS) məlumat yayıb.
Məlumata əsasən, cari ilin iyul ayının sonuna Böyük Britaniyanın dövlət borcu 2,004 trln funt təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 227,6 mlrd çoxdur.
Bundan savayı, borc ÜDM-un 100,5%-ni təşkil edərək, onu üstələyib. Bu da ötən illə müqayisədə 20,4 faiz bəndi çoxdur.